14 Sentyabr 2023, 21:30
FUTBOL
"Aris"in baş məşqçisi Nikolay Şpilevskinin atası hücumçu Aleksandr Kokorinin klubda "yenidən debütü" gələn həftə sonu baş tutmalı olduğunu deyib.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Kokorin yaxşı formadadır. Gündə iki dəfə məşq edir. Döyüşə tələsmək istəyir. Nə qədər tez, bir o qədər yaxşıdır. Bazar günü, sentyabrın 17-də "Pafos"la matç olacaq. Məşqçilər korpusu bu oyunda Aleksandra ümid edir. Onun hazırlığı yüz faizdir".
Qeyd edək ki, ötən mövsüm Kokorin Arisin Kipr çempionluğunu qazanmasına kömək edib.