15 Sentyabr 2023, 20:36
FUTBOL
Luis Rubialeslə bağlı məhkəmə qərarı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Hakim Fransisko de Xorxenin qərarı ilə İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidentinin futbolçudan 200 metr yaxınlıqda olmasına icazə verilmir. İlkin olaraq prokuror 500 metr məsafənin müəyyən edilməsini tələb edib. Lakin sonradan dəyişilib. 2023-cü il dünya çempionatının finalından sonra öpüşmə ilə bağlı araşdırma davam edərkən Rubialesin Hermoso ilə əlaqə saxlamasına da icazə verilmir .