15 Sentyabr 2023, 22:20
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola belindən əməliyyat olunduqdan sonra vəziyyəti ilə bağlı danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Mən yaxşılaşıram. Həkimlər yaxşı iş gördülər və düşünürəm ki, hər həftə mən addım-addım yaxşılaşacağam".
Qeyd edək ki, avqustun sonunda Mançester təmsilçisi mətbuat xidməti 52 yaşlı ispaniyalının təcili əməliyyat üçün Barselonaya uçduğunu bildirmişdi. Qvardiola əməliyyata görə iki komanda oyununu buraxıb.