"Nyukasl" hücumçusu Kallum Uilsonla müqaviləni uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşmə 2025-ci ilin yayına qədər bir mövsüm üçün nəzərdə tutulub. Uilson 2020-ci ilin sentyabrında "Bornmut"dan "Nyukasl"a keçib və o vaxtdan bəri klubda 79 oyunda 40 qol vurub. 31 yaşlı Uilson "Nyukasl"ın tarixində ən çox qol vuran altıncı oyunçudur. O, ikinci pillədə qərarlaşan Piter Berdslidən 7 top geri qalır və yalnız Alan Şireri (148) qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest