"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul qeyri-müəyyən müddətə sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi Argentina millisindən zədə ilə gəlib. Klub əlavə müayinə keçirmək qərarına gəlib və nəticədə futbolçunun bud əzələsində zədə olduğu müəyyənləşib. Argentinalı idman zalında reabilitasiya keçir. De Paulun sağalmasının dəqiq vaxtı hələlik məlum deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest