Andreas Rettiq Almaniya Futbol Assosiasiyasının yeni idman direktoru olub.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssis Almaniya millilərinin fəaliyyətinə, eləcə də akademiyalarda gənc futbolçuların yetişdirilməsi sisteminə cavabdeh olacaq. Rettiqin təyinatının Hansi Flikin gedişindən sonra Rudi Völlerin rəhbərlik etdiyi Almaniyanın kişilərdən ibarət milli komandasının baş məşqçi postuna necə təsir edəcəyi hələlik açıqlanmayıb. Retting Almaniyanın 2022-ci il dünya çempionatında zəif çıxışından sonra postunu tərk edən Oliver Bierhoffu əvəz edəcək. O, əvvəllər "Bayer", "Frayburq", "Köln", "Auqsburq" və "Sent Pauli"nin idarəçiliyində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest