"Yuxarı pillələrdə olan komandalar ilə xal fərqini çox açmaq istəmirdik".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 6-ci turu çərçivəsində doğma meydanda "Səbail"ə 3:0 uduzan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında öz fikirlərini bölüşüb:

"çətin komandaya qarşı oynadıq. Düzdür, çempionat yeni başlayıb. Yüksəlişdə olan komandaya oyunumuzun çətin olacağını bilirdik. Həm psixoloji, həm də motivasiyalı idilər. Hər şeyə rəğmən, istəyirdik ki, qələbə qazanaq. Fikrimiz bu idi. Yuxarı pillələrdə olan komandalar ilə xal fərqini çox açmaq istəmirdik. Amma neynək. Belə oldu. Rəqibi təbrik edirəm".

- Bu gün "Kəpəz"in oyununun alınmama səbəbi nə idi?
- Oyunumuz alınmadı. çatışmayan cəhətlərimiz var. Təhlillərdən sonra nəsə deyə bilərik. Son matçlarda "Neftçi" ilə oyundakı istəyi görə bilmirik. Araşdırmalıyıq, bir qərara gəlməliyik ki, nəticələrdə dəyişiklik olsun.

- Sizi məyus edən istefa şüarları oldu?
- "Kəpəz"in azarkeşləri həmişə komandanın yüksəlişdə olmasını istəyib. Futbol oynayanda da bu situasiyadan keçmişəm. Hücum futbolu oynamağımızı istəyirlər. Amma indiki və əvvəlki "Kəpəz" arasında fərq çoxdur. Bu gün bütün komandalar güclənib. Bizim güclənmədiyimizi deyə bilmərəm. İmkanımıza görə ən yaxşısını etmişik. Sadəcə hər komandada belə vəziyyətlər olur. çıxışı tapmalıyıq. Bu, ilk növbədə mənim üzərimə düşür. çatışmayan cəhətlərimizi tapıb, düzəltməliyik.

- Qapıçı səhvlərinin komandaya təsiri necə oldu?

- Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.

- Fasilədən qayıdanda çox məyus görünürdüz. ümidsiz idiz?

- Hesabda geri olmağımıza görə belə idim. üç oyundur ki, öz səhvlərimizdən qollar buraxırıq. Məni o düşündürürdü. İlk hissədə uduzandan sonra hər oyunda ümidli olmuşam. Fasilədə uşaqlara ürək-dirək verirəm. Sadəcə hələ alınmır. 

- ötən mövsüm komanda 8 turdan sonra özünə gəlməyə başladı. Yenə, ümid varmı?
- "Neftçi"yə qalib gəlmiş, Avropa təcrübəsi olan "Qarabağ"la heç-heçə etmişiksə, niyə olmasın? Uşaqlara güvənirəm, inanıram ki, dəyişiklik olacaq. Qlobal problemli vəziyyət yoxdur. üç turdur evdə uduzur, təəssüfləndirən budur. çox pis vəziyyətdə deyilik. Düşünürəm ki, 4 xalımızın üzərinə xallar yığacağıq.

- Oyundan əvvəl və sonra müəllim-tələbə dueli var idi.
- Dünən onunla üz-üzə gəldik. Diniyevlə yaxşı münasibətimiz var. Ondan çox şey öyrənmişəm və öyrənməliyəm. Şahin müəllim bu gün yaxınım, əzizim ola bilər, amma onun komandasını məğlub etmək istəyirdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest