"Mançester Yunayted" ardıcıl 4-cü Premyer Liqa matçında "Brayton"la qarşılaşmada xal toplaya bilməyib.

Matc.az xəbər verir ki, 5-ci turun görüşündə " Mançester Yunayted" səfərdə "Brayton"a 1:3 hesabı ilə uduzub. "Brayton" ardıcıl 4-cü dəfə liqada Mançester təmsilçisini məğlub etdi. Əvvəllər "Mançester Yunayted" "qağayılar"a 0:1, 1:2 və 0:4 hesabları ilə uduzublar.

Sonuncu dəfə "Mançester Yunayted" Premyer Liqada " Brayton"a 2022-ci ilin fevralında qalib gəlib (2:0).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest