Erik ten Haq hesab edir ki, "Mançester Yunayted" "Brayton"a qarşı o qədər də pis oynamayıb.

Matc.az xəbər verir ki, bu barədə çalışdırıcı yerli mətbuata açıqlama verib:

"Biz məyus olduq, amma fərqi yaradan kiçik şeylər oldu. Güclü komanda ilə görüşdə uğur qazanmağa çox yaxın idik. İlk 20 dəqiqə bizim idi. İmkanlar yaratdıq, amma qol vura bilmədik. Rəqibin ilk hücumu qol olur. Bundan sonra bizim üçün çətin dövr gəldi. Mübarizə apardıq, qol vura bildik, amma ləğv olundu. Ona görə də bizim üçün asan olmadı. Nəhayət, bizim bəxtimiz gətirmədi, amma bir yerdə qalsaq və komanda şəklində oynasaq, mübarizə aparıb geri dönəcəyik. Bizim günümüz deyildi. Fasilədən dərhal sonra ikinci qolu buraxdıq. İkinci məqam – ikinci qol, mükəmməl icra. Bu uğursuzluğun öhdəsindən layiqincə gələ bilmədik. Ancaq belə anlarda belə optimist qalmaq, bir bütöv olmaq lazımdır. Belə bir oyundan öyrəniləcək çoxlu dərslər var. Mən də çox yaxşı şeylər gördüm. çoxlu qol imkanları yaratdıq, amma onları ala bilmirik. Biz bunu düzəldəcəyik".

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə çempionatının 5-ci turunda "Brayton"a 3:1 uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest