17 Sentyabr 2023, 20:54
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun serbiyalı hücumçusu Aleksandar Mitroviç karyerasının 8 ilini keçirdiyi İngiltərə üçün darıxmadığını qeyd edib və hazırkı komandasının səviyyəsini yüksək qiymətləndirib.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Uzun illər orada oynasam da, İngiltərə ilə bağlı heç bir xatirəm yoxdur. Sevinirəm ki, nəhayət top kluba keçdim. "Əl-Hilal" Avropada bir az "Real"a bənzəyir. Burada olmaqdan çox şadam və kuboklar qazanmaq istəyirəm"
Xatırladaq ki, Neymar, Malkolm, Kalidou Koulibali, Yassine Bounou və Ruben Neves kimi ulduz futbolçular da bu yay "Əl-Hilal"a keçib.
Qeyd edək ki, Mitroviç İngiltərənin "Fulhem" və "Nyukasl" klublarında çıxış edib.