17 Sentyabr 2023, 21:19
FUTBOL
"Mançester Yunayted" 2022-ci ildə Antonini satın alanda onun qanunla bağlı problemlərindən xəbəri olmayıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mançester təmsilçisi həmin ilin mayında hüquq fakültəsinin tələbəsi Raisa De Freitasın hücumla bağlı polisə şikayət etdiyini və bundan sonra müvafiq protokol tərtib edildiyindən xəbərsiz idi. "Mançester Yunayted" nümayəndələrinin sözlərinə görə , klub müqavilə bağlamazdan əvvəl bütün transferlərdə olduğu kimi Antoninin tərcümeyi-halını yoxlayıb, lakin şübhəli heç nə aşkar etməyib. Komanda De Freitas ilə insident barədə yalnız 2023-cü ilin sentyabrında mətbuatdan xəbər tutub.