Türkiyə millisinin baş məşqçisi dəyişəcək. Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəhbərliyi hazırkı çalışdırıcı Ştefan Kuntzla yollarını ayırmaq qərarına gəlib.
 
Hələlik bu barədə yalnız mütəxəssis özü məlumatlandırılıb. Yayılan məlumata görə, oktyabrda Xorvatiya ilə keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin növbəti oyununa komandanı Kuntzın köməkçisi Kənan Koçak çıxara bilər.
 
Ondan sonra posta əsas namizəd Abdulla Avcı olacaq. Seçim əcnəbi üzərinə düşsə, o zaman ən çox ehtimal edilən məşqçi 2006-2021-ci illərdə Almaniya millisində çalışmış Yoahim Löv ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest