"Əl-Hilal"ın hücumçusu Neymar özbəkistanın "Navbahor" komandasına qarşı keçiriləcək Asiya çempionlar Liqasının ilk turunu buraxa bilər. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatında debüt oyununda zədələnib.
 
31 yaşlı forvard daha əvvəl debüt edə bilərdi. Lakin əzələ zədəsi ucbatından 4 oyunu buraxmışdı. "Əl-Hilal" Asiya çempionlar Liqasının D qrupunda "Navbahor", "Nassadji" və "Mumbay Siti" klubları ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Neymar ötən ay PSJ-dən "Əl-Hilal"a 90 milyon avroya keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest