"Barselona"nın baş məşqçisi Xavi çempionlar Liqasında oynamaqla bağlı gözləntilərini bölüşüb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Keçən il heç-heçə ilə bəxtimiz gətirmədi. Qrup çox çətin idi. Bu mövsüm bunu sübut etməliyik. Sabah Belçika çempionu ilə oynayacağıq. çox yaxşı komandadırlar. Sübut etməliyik ki, çempionlar Liqasında hər kəslə rəqabət aparmağa hazırıq".

Qeyd edək ki, sabah Kataloniya klubu çempionlar Liqasında "Antverpen" ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest