PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komanda yoldaşı, hücumçu Kilian Mbappenin 2022-2023 mövsümünün sonunda "Qızıl top"u almağa layiq olduğu fikrini bildirib .

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib:

"ötən mövsümdə etdiklərini nəzərə alsaq, fikrimcə, Mbappe "Qızıl top"a layiqdir. O, görkəmli futbolçudur və ümid edirəm ki, bu il onu əldə edə bilər".

Qeyd edək ki, Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 matçda 41 qol vurub və 10 məhsuldar ötürmə edib. Həmçinin Fransa ilə 2024-cü il Dünya çempionatının finalına çıxıb və burada turnirin bombardiri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest