UEFA İntizam Komitəsi Ukrayna Futbol Assosiasiyasını (UAF) Avropa çempionatının seçmə turnirinin oyunlarında azarkeşlərin irqçi davranışına görə 20 min avro cərimələyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bu cəza İngiltərə (1:1) və İtaliya (1:2) komandaları ilə 2024-cü il Avropa çempionatının seçmə oyunlarının nəticələrinə görə verilib. UAF həmçinin stadionda pirotexniki vasitələrdən istifadə etdiyinə görə 5 min avro, ictimai yerləri bağladığına görə isə 8 min avro cərimələnib. Ukrayna millisi cərimələrdən əlavə UEFA-nın himayəsi altında növbəti ev oyununu məhdud sayda tamaşaçı ilə keçirməli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest