21 Sentyabr 2023, 00:20
FUTBOL
Fernando Alonso ən böyük qorxusunun adını çəkib.
Matc.az xəbər verir ki, pilot bu barədə yerli mətbuata açıqlama verib: "Mənim ən böyük qorxum uğur qazanmamaq və qalib gəlməməkdir. Biz yeni yarışa, yeni ölkəyə gedirik və belə məqamlarda hər kəsin böyük gözləntiləri olur. "Aston Martin"də mənim arxamda mümkün olan ən yaxşı avtomobili yaradan 750 nəfər var. Orada 20 nəfər çalışır. Onlar təkərləri üç saniyədən az müddətdə dəyişirlər. Mümkün olan ən yaxşı mövqedə olmağım üçün hər kəs əlindən gələni edir. Və mənim ən böyük qorxum insanlara məndən gözlədiklərini verməməkdir".