"Mançester Yunayted" üzərində hər qələbə böyük nailiyyətdi. Bizə lazım olan ritm yox idi, matçı 3:1 hesabı ilə üstün başa vura bilərdik. Ancaq hər uğursuzluğa yaxşı cavab verdik"

çempionlar Liqasının qrup mərhələsinin I turunun mərkəzi oyunu Münhendə keçirilib. Matc.az xəbər verir ki, Avropa nəhəngləri "Bavariya" ilə "Mançester Yunayted"in duelində birincilər 4:3 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb:

Tomas Tuxel ("Bavariya"nın baş məşqçisi): "İkinci hissə birincidən daha yaxşı idi. Lakin ikinci hissədə vurulan qol sayında uduzduq, birincidə isə qazandıq. Bu nəticə inamımız və inkişafımız üçün vacib idi. Hələ görüləsi işlərimiz var. Layiqli qələbə qazandıq. çempionlar Liqasındakı hər qalibiyyət böyük addımdı. "Mançester Yunayted" üzərində hər qələbə böyük nailiyyətdi. Bizə lazım olan ritm yox idi, matçı 3:1 hesabı ilə üstün başa vura bilərdik. Ancaq hər uğursuzluğa yaxşı cavab verdik".

Erik Ten Haq ("Mançester Yunayted"in baş məşqçisi): "Məyus oldum, çünki mübarizədən qopmamalı idik. "Bavariya"ya üç qol vuranda ən azı bir xal qazanmalısan. çox şeylərin əleyhimizə olduğu bir dövrdə yaşayırıq, amma özümüz uğur qazanmalıyıq. Oyunumuzun prinsiplərinə əməl etməyəndə qol buraxırıq. özümüz uğur qazanmalıyıq, bizə heç kim kömək etməyəcək. Rəqibin bizim kimi qol vurmasına imkan verməməliyik".

Qeyd edək ki, II turda "Bavariya" "Kopenhagen"lə, "Mançester Yunayted" isə "Qalatasaray"la qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest