Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballak çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Bavariya" - "Mançester Yunayted" (4:3) oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, oyunçu bu barədə yerli mətbuata açıqlama verib: "Bavariya"nın nəticələri gözlənilməz olur. çox vaxt nə olacağını bilmirsən. "Mançester Yunayted" "Bavariya" ilə eyni səviyyədə deyildi, amma matça yaxşı başladılar. Almaniya təmsilçisi daha böyük hesabla qalib gəlməli idi. Amma olmadı. Bu gün bacara bilmədilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest