21 Sentyabr 2023, 21:50
FUTBOL
"Roma"nın hücumçusu Romelu Lukaku artıq 5 ilə yaxındır belçikalının şərəfini qoruyan "Roc Nation Sports" agentliyi ilə əməkdaşlıq etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Əməkdaşlığa xitam vermək qərarı Lukaku "Roma"ya icarə əsasında keçəndən dərhal sonra verilib. Şirkət artıq hücumçunun şəklini öz saytından silib. Bununla belə, "Roc Nation Sports" Romelu Lukakunun gedişi ilə bağlı açıqlama verməyib. Şirkətin müştəriləri arasında hələ də Samuel çukveze, Federiko DiMarco, Kevin De Bruyne, Marcus Raşford və başqaları var.