Almaniya millisinin yeni baş məşqçisi Yulian Naqelsman bu posta təyinatını şərh edib.

Matc.az xəbər verir ki, məşqçi bu barədə yerli mətbuata açıqlama verib: "Danışıqlar çox yaxşı keçdi. Məqsədimiz var. Avropa çempionatında yaxşı oynamaq istəyirik. Bu yaxşı motivasiya və çağırışdır. Millət bizim arxamızdadır. Biz bir ideya ilə müəyyən növ futbol oynamaq istəyirik. Biz insanların təkcə nəticə baxımından deyil, zövq aldıqları cəlbedici futbol nümayiş etdirməyə çalışırıq. Təbii ki, özünə inam və atmosfer önəmlidir. Bu elə bir ideya olmalıdır ki, oyunçuların başa düşsün və həyata keçirə bilsin. Bu plan və futbolçuların dəstəyi vacibdir. ümid edirəm ki, qarşıdakı iki matçda bunun necə göründüyünü görəcəyiK".

Qeyd edək ki, çalışdırıcı ilə 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər müqavilə imzalanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest