22 Sentyabr 2023, 19:30
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasında 8-ci "Qızıl top"u ala biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, oyunçu bu barədə yerli mətbuata açıqlama verib: "Bu, yaxşı mükafatdır. Ancaq hər şeyi qazanmaq mənə qismət olub. çempionlar Liqasını, Amerika Kubokunu, milli ilə kuboklar və Dünya Kubokunu qazandım. Bunlar vacib titullardır. Fərdi mükafatlar isə ikinci dərəcəlidir. Onları qəbul etmək xoş olsa da, elə də önəmli deyil".