"Real"ın əfsanəvi yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos klubdakı mövqelərindən narazı olduqlarını bildiriblər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Xorvat və alman komandanı tərk edə bilər. Luka və Toni bu mövsüm oynadıqları mövqedən razı deyillər. Yarımmüdafiəçilər komandada aparıcı rollar olduqları üçün qalmağı seçmişdilər. Lakin bir daha düşünmək qərarına gəliblər. Alman futbolçu karyerasını 2023-cü ilin yayında bitirmək istəsə də, fikrini dəyişib və ehtiyat oyunçular skamyasında oturmamaq üçün bunu etmişdi. Xorvatiyalı Səudiyyə Ərəbistanında çoxmilyonluq müqavilədən imtina edib və "Santyaqo Bernabeu"da qalıb. Luka Modriç 2012-ci ildə "Tottenhem"dan "Real"a keçib. ötən mövsüm o, bütün yarışlarda 51 oyun keçirib. Xorvatiyalının "Real"la müqaviləsi 2025-ci il iyunun 30-na kimidir. Toni Kroos 2014-cü ildən "Real" forması geyinir. ötən mövsüm bütün yarışlarda 52 matçda iştirak edib. Onun İspaniya komandası ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.