22 Sentyabr 2023, 20:50
FUTBOL
"Real"ın futbolçusu Arda Gülər artıq tam sağalıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Oyunçu uzun zaman sonra bu gün komandanın məşqinə qoşulub. Futbolçular əvvəlcə idman zalında məşq edib, daha sonra meydanda topla çalışmaları yerinə yetiriblər. Türkiyəli futbolçu üçün, sadəcə, fiziki məşqlər edilib. Yeni zədədən çıxan Ardanı çox yükləməmək qərarına gəliblər.
Qeyd edək ki, "Las Palmas" matçı üçün Arda Gülər heyətdə yer alacaq.