Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Belqradda keçirilən dünya çempionatının qalibi olub.

Matc.az xəbər verir ki, finalda idmançı 82 kq çəkidə iranlı Əlirza Mohmadipiani ilə görüşüb. Dueldə təmsilçimiz rəqibini məğlub etməyi bacarıb. Beləliklə, Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ikinci dəfə dünya çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest