"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel futbolçuların Səudiyyə Ərəbistanına keçməyə qərar vermələrinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Vitsel 2017-ci ildə Sankt-Peterburqun "Zenit"indən "Tyantszin Quanjian"a keçib. O, 2018-ci ildə "Borussiya Dortmund"a keçərək Avropaya qayıtmazdan əvvəl çin klubunda cəmi 36 oyun keçirib. O zaman çin yüksək profilli və bahalı transferlər dövrünü yaşayırdı ki, bu da indi Səudiyyə Ərəbistanında müşahidə olunur. Oyunçu bununla bağlı maraqlı açıqlama verib: "Hər birimizin öz yolu var. Səudiyyə Ərəbistanına getməyin pis olduğunu demirəm. Mən özüm 27 yaşım olanda çinə getmişdim. Bu mənim üçün həyatı dəyişən bir təcrübə oldu. Aydındır ki, biz ora pul üçün gedirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest