22 Sentyabr 2023, 23:45
FUTBOL
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino MLS-in daimi mövsümündə "Toronto" ilə matçın (4:0) birinci hissəsində əvəzlənən hücumçu Lionel Messinin fiziki durumu ilə bağlı məlumat paylaşıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 36 yaşlı argentinalı 37-ci dəqiqədə meydanı tərk edib. Onu bu görüşdə dubl edən Robert Teylor əvəzləyib. çalışdırıcı bu barədə bunları deyib: "Nəsə onu narahat edir. Ağrılarının olub-olmadığından əmin deyiləm. Təfərrüatlar daha çox tibbi xarakter daşıyır. Ola bilsin ki, bu, Messini psixoloji aspekt də daxil olmaqla o qədər narahat edir ki, o, tam oynaya bilmir".