"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisinə rəhbərlik etməkdən imtina edib.

Matc.az xəbər verir ki, bu  barədə yerli mətbuat məlumat yayıb. Mənbənin məlumatına görə, Almaniya Futbol Federasiyası (DFB) Kloppu milliyə əsas namizəd hesab edib. Onun imtinasından sonra DFB Yulian Nagelsmana keçib. Nagelsman ilə 2024-cü il iyulun 31-dək müqavilə imzalanıb. Onun köməkçiləri Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner və Benjamin Qluk olacaq. Nagelsman sentyabrın 10-da istefaya göndərilən milli komandanın baş məşqçisi kimi Hans-Diter Fliki əvəzləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest