Məşhur "Transfermarkt" portalı TOP-5 liqalarda çıxış edən və ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer"in 2 futbolçusu qərarlaşıb.
 
1. Florian Virts – 14 oyun, 9 məhsuldar ötürmə ("Bayer", Almaniya Bundesliqası);
2. Pedro Neto – 10 oyun, 7 məhsuldar ötürmə ("Vulverhempton", İngiltərə Premyer Liqası);
3. Ceremi Frimponq – 13 oyun, 7 məhsuldar ötürmə ("Bayer", Almaniya Bundesliqası);
4. Markus Türam – 13 oyun, 7 məhsuldar ötürmə ("İnter", İtaliya A Seriyası);
5. Harri Keyn – 13 oyun, 7 məhsuldar ötürmə ("Bavariya", Almaniya Bundesliqası);
6. Kiran Tripyer – 14 oyun, 7 məhsuldar ötürmə ("Nyukasl", İngiltərə Premyer Liqası);
7. Xavi Simons – 15 oyun, 7 məhsuldar ötürmə ("Leypsiq", Almaniya Bundesliqası);
8. Amin Adli – 11 oyun, 6 məhsuldar ötürmə ("Bayer", Almaniya Bundesliqası);
9. Fares Çaibi – 12 oyun, 6 məhsuldar ötürmə ("Ayntraxt", Almaniya Bundesliqası);
10. Ceyms Uord-Prouz – 13 oyun, 6 məhsuldar ötürmə ("Vest Hem", İngiltərə Premyer Liqası).
 
Xatırladaq ki, ən çox məhsuldar ötürmə edən Virts daha bir göstəricidə fərqlənməyi bacarıb. O, öncədən xəbər verdiyimiz kimi, TOP-5 liqalarda çıxış edən ən bahalı gənc futbolçulardan ibarət "11-lik"də də yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest