05 Dekabr 2023, 09:50
FUTBOL
AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu bəlli olub. Matc.az xəbər verir ki, UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər arasında apardığı sorğunun nəticəsi açıqlanıb.
Azərbaycan millisinin kapitanı Emin Mahmudovun IX turda İsveçlə görüşdə meydanın mərkəzindən fərqlənsə də, həmin qol ən yaxşı seçilməyib. Qazaxıstan yığmasının yarımmüdafiəçisi Asxat Taqıberqenin Danimarka ilə ev qarşılaşmasının (3:2) 86-cı dəqiqəsində vurduğu qol ən yaxşı seçilib.
Həmçinin albaniyalı Kristian Aslani, Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgünün qolu da namizədlər sırasında olub.
Qeyd edək ki, Emin Mahmudovun İsveçlə görüşdəki qolu IX turun ən yaxşısı seçilmişdi.