31 Oktyabr 2026, 16:15
FUTBOL
İtaliyanın “Latsio” klubunun futbolçusu Romano Floriani Mussolini maraqlı hadisə ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi A Seriyasının IX turunda “Sassuolo” ilə keçirilən oyunda fərqlənib. “Latsio” səfərdə rəqibini 6:2 hesabı ilə məğlub edib.
Görüşün 16-cı dəqiqəsində qol vuran Floriani Mussolininin sevinci əvvəlcə ofsayd qərarına görə yarımçıq qalıb. Lakin VAR yoxlamasından sonra qol qeydə alınıb.
Maraqlı məqam ondan ibarətdir ki, futbolçu İtaliyanın keçmiş diktatoru Benito Mussolininin nəticəsidir. O, ailə bağlarının siyasi müzakirələrə səbəb olmasına baxmayaraq, futbola diqqət yetirdiyini və siyasətlə maraqlanmadığını bildirib.
Qeyd edək ki, bu, Floriani Mussolininin A Seriyasında ilk qolu olub.













