Azərbaycan Premyer Liqasında XVIII tur start götürüb. Matc.az xəbər verir ki, bununla həm də ilin son turunun ilk oyunu keçirilib.
"Qəbələ" doğma divarlar arasında “Sabah”ı qəbul edib. Son üç oyunda rəqiblərinə 0:3 hesabı ilə uduzan Elmar Baxşıyevin yetirmələri tilsimi qırıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" 9-cu pillədəki "Kəpəz"ə çatıb.
"Qırmızı-qaralar" xallarının sayını 14-ə çatdırıb. “Sabah” isə 22 xalda qalıb.
Turun digər matçları dekabrın 23-24-də keçiriləcək.
Premyer Liqa
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ” – “Sabah” - 1:0
Qol: Murad Musayev, 45+2
Qəbələ şəhər stadionu
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
17 |
12 |
2 |
3 |
44-14 |
38 |
2 |
Zirə |
17 |
8 |
5 |
4 |
13-9 |
29 |
3 |
Səbail |
17 |
7 |
5 |
5 |
26-26 |
26 |
4 |
Araz-Naxçıvan |
17 |
7 |
5 |
5 |
19-16 |
26 |
5 |
Neftçi |
17 |
7 |
4 |
6 |
19-17 |
25 |
6 |
Sumqayıt |
17 |
6 |
6 |
5 |
18-23 |
24 |
7 |
Sabah |
18 |
6 |
4 |
8 |
25-22 |
22 |
8 |
Turan Tovuz |
17 |
5 |
4 |
8 |
26-27 |
19 |
9 |
Kəpəz |
17 |
3 |
5 |
9 |
11-27 |
14 |
10 |
Qəbələ |
18 |
4 |
2 |
12 |
12-32 |
14 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 12 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 7.