Azərbaycan Kubokunun II təsnifat mərhələsi və 1/8 finalında rəqiblərini məğlub edən “Səbail” yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, komanda müvafiq olaraq “Şəfa” və “Şamaxı”nı darmadağın edib.
Şahin Diniyevin kollektivi “Şəfa”nı 7:0, “Şamaxı”nı isə 6:0 hesabı ilə üstələyib. Bununla “dənizçilər” kubok tarixində iki ardıcıl oyunda fərqli rəqiblərin qapısından 6 və ya daha çox qol keçirən bacaran ilk komanda olub.
1992-ci ildən bəri yalnız üç komanda ardıcıl iki matçda 6 və ya daha çox qol vurub. Ancaq həmin klublar eyni rəqiblə mərhələnin hər iki görüşündə bunu reallaşdırıblar.
2003/04 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclərbirliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.