22 Dekabr 2023, 19:00
FUTBOL
"İnter"in mətbuat xidməti komandanın hücumçusu Lautaro Martinezin zədələndiyini bildirib.
Matc.az xəbər verir ki, ona sol budunda əzələ gərginliyi diaqnozu qoyulub. Martinez bu il bir daha oynamayacaq. O, “Leççe” və “Genoa” ilə görüşləri buraxmalı olacaq.
26 yaşlı futbolçunun Milan klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.