"Barselona" 2024/25 mövsümündən başlayaraq bir neçə il Çempionlar Liqasından kənarlaşdırıla bilər.
 
Matc.az xəbər verir ki, səbəb FFP qaydalarının pozulmasıdır. UEFA qaydalarına görə, klublar xərclərini müvafiq gəlirlə kompensasiya etməlidir. Qiymətləndirmə həmişə üç illik dövrə ilə verilir.
 
UEFA hesab edir ki, Kataloniya klubunun maliyyə hesabatları "narahat" vəziyyətdədir və həmçinin klubda çirkli pulların yuyulması əlamətləri var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest