"O, son vaxtlar əla nəticələr əldə edib. Mən onun üçün çox xoşbəxtəm"

Matc.az xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın hücumçusu Duşan Vlahoviç haqda fikirlərini bölüşüb:
 
"Vlahoviçin cəmi 23 yaşı var, lakin o, son vaxtlar əla nəticələr əldə edib. Mən onun üçün çox xoşbəxtəm. O, tarazlığı tapmaq üçün irəliləməyə və yetkinləşməyə davam etməlidir".
 
Bu mövsüm serbiyalı hücumçu İtaliya çempionatının 14 matçında iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. 16 turdan sonra 37 xal toplayan "Yuventus" A Seriyasında turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest