"Mançester Siti"nin hücumçusu Xulian Alvares kuboklar kolleksiyasını artırıb.

Matc.az xəbər verir ki, argentinalı futbolçu “Fluminense” ilə oyunda (4:0) dubl etməklə, Xosep Qvardiolanın komandasına Klublararası Dünya Çempionatının finalında qalib gəlməyə kömək edib. 23 yaşına qədər forvard artıq milli komanda və klub səviyyəsində 14 kubok qazanıb.

Xatırladaq ki, o, 2022-ci ildə “River Pleyt”dən “Mançester Siti”yə transfer olub. Futbolçu "şəhərlilər"in heyətində 74 matçda 25 qol vurub və 13 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest