"Bavariya"da özümü çox rahat hiss edirəm. Tomas Tuxellə işləməyi sevirəm"

Matc.az xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala klubdakı öz perspektivləri ilə bağlı fikirlərini bölüşüb:

“Mənim müqaviləm 2026-cı ildə başa çatır, ona görə də hər şey tamamilə sakitdir. "Bavariya"da özümü çox rahat hiss edirəm. Mən Tomas Tuxellə işləməyi sevirəm - o və onun məşqçilər heyəti mənə çox kömək edir, detallara fikir verirlər.

Düşünürəm ki, komandamız düzgün istiqamətdə irəliləyir və şəxsən mən hələ də bəzi aspektlərdə - məsələn, qərarların qəbulu və ötürmələrdə təkmilləşə bilərəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest