"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Vest Hem"lə oyun öncəsi yarımmüdafiəçi Kristian Eriksenin əsas heyətə qayıtdığını açıqlayıb.
 
Matc.az xəbər verir ki, danimarkalı oyunçu dizindəki zədə səbəbindən demək olar ki, 6 həftə yaşıl meydanlardan kənar qaldı və onun qarşıdakı oyun üçün heyətdə olacağı gözlənilir.
 
"Qırmızı şeytanlar" cari mövsümdə Premyer Liqada 17 turdan sonra 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest