İngiltərə Premyer Liqasının XVIII turunda “Arsenal”la keçirilən oyun “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Matc.az xəbər verir ki, misirli forvard 1:1 hesabı ilə başa çatan görüşdə qol vurmaqla bunu reallaşdırıb.

Bu, futbolçunun “topçular”ın qapısına vurduğu 10-cu qoldur. O, Premyer Liqada “Mançester Siti" (11), “Mançester Yunayted” (12) və “Arsenal”la görüşlərdə 10 və daha çox qol vuran yeganə oyunçudu.

Salah həm də 150 qolla Premyer Liqa tarixinin ən məhsuldar 10-cu futbolçusu olan Maykl Oueni geridə qoyub. Misir millisinin üzvünün aktivində 151 top var.

Qeyd edək ki, hazırda “Arsenal” 40 xalla birinci, “Liverpul” isə 39 xalla ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest