24 Dekabr 2023, 09:54
FUTBOL
UEFA “Barselona”nın maliyyə qaydalarını pozub-pozmadığı ilə bağlı işə baxılması üçün son tarixi müəyyənləşdirib. Matc.az xəbər verir ki, qitə futbol qurumu bu məsələyə fevralda baxacaq.
Kataloniya klubunun maliyyə feyr-pleyinə əməl etmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırılma riski daşıdığı bildirilir.
Hesabatlarda “Barselona”nın gəlirlərinin artırılması ilə bağlı bir futbol klubu üçün qeyri-adi olan şübhəli əməliyyatların aparılması amili də araşdırılır.