“İnter” İtaliya A seriyasının XVII turunda “Leççe”yə 2:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, “neradzurra” bununla ilkə imza atıb.

Belə ki, Milan təmsilçisi tarixində ilk dəfə eyni məşqçinin rəhbərliyi altında keçirdiyi ardıcıl 25 görüşdə qol vurub.

Simone İnzaqinin çalışdırdığı “İnter” hazırda 44 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi “Yuventus”u 4 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest