“Transfermarkt” İspaniya La Liqasının ən bahalı futbolçularından ibarət simvolik “11-li”yi müəyyənləşdirib. Matc.az xəbər verir ki, araşdırma zamanı hər mövqe üzrə transfer dəyəri ən yüksək olan oyunçu seçilib.

11 nəfərlik heyətin ümumi dəyəri 950 milyon avrodu. Rəmzi komanda 4-3-3 sxeminə uyğun qurulub.

Qapıçı: Tibo Kurtua (“Real”, 35 milyon avro);

Müdafiəçilər: Nahuel Molina (“Atletiko”, 45 milyon), Ronald Arauxo (“Barselona”, ​​70 milyon), Eder Militao (“Real”, 70 milyon), Aleks Balde (“Barselona”, ​​50 milyon);

Yarımmüdafiəçilər: Federiko Valverde (“Real”, 100 milyon), Pedri (“Barselona”, ​​90 milyon), Cud Bellinqem (“Real”, 180 milyon);

Hücumçular: Lamin Yamal (“Barselona”, ​​60 milyon), Vinisius Junior (“Real”, 150 milyon), Rodriqo (“Real”, 100 milyon).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest