“Ehtiram müəllim Tovuz üçün bir briliyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır”.
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Turan Tovuz"a 1:3 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Maraqlı oyun oldu,Təki bir də belə hadisələr olmasın. Futbolda hər şey olur. Çox oyundan danışmaq istəmirəm. Tovuzu təbrik edirəm.
-Təxminən 15-16 saat vaxtınız var idi. Nə planlaşdırmışdınız?
Bilirsiz belə hallarda oynamaq da çətindir. Bütün motivasiya və lazım olan güc 80 dəqiqədə bitti. Futbolçuları kökləmək çətindir. Fiziki cəhətdən bədən imkan vermir. Bu mümkün deyil. Maraq cəhətdən bəlkə də olar, amma bədən və beyin buna imkan verməz. Qısacası alınmadı.
-Güclü külək başlayandan sonra hakimə yaxınlaşıb oyunu təxirə salınması üçün müraciət etdiniz?
Yox, o barədə bir şey yoxdur. fövqəladə halları onlar özləri bilir. 60-cı dəqiqədən sonra güclü külək oldu. yəqin ki, buna tək hakimlər qərar vermir. Nümayəndələr də qərar verməlidir. Bəlkə bu gün daha çox oynamalı idik.
- Dünənki hadisədən sonra Ehtiram Quliyevə qarşı kampaniya başlayıb. Dirəyin aşması hadisəsini siz necə şərh edirsiz?
- Ehtiram müəllim Tovuz üçün bir briliyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nöqsan Ehtiram məüllimdə deyil.Bu gün ölkə futbolunda Ehtiram Quliyev kimi insan yoxdu. Təşəkkür etmək lazımdır. Adam öz pulunu futbola xərcləyir.