24 Dekabr 2023, 15:33
FUTBOL
"Çelsi" yarımmüdafiəçisi Konor Qallaheri 50 milyon funt-sterlinq qarşılığında "Tottenhem"ə satmağa hazırdır.
Matc.az xəbər verir ki, "xoruzlar" onun transferini başa çatdırmaq üçün yarımmüdafiəçi Pyer-Emil Hoyberqi "Fulhem" və ya "Bavariya"ya satmağı planlaşdırır.
23 yaşlı ingilis "Çelsi"nin yetirməsidir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm o, Premyer Liqa və İngiltərə Kubokunda 20 oyun keçirib, 4 məhsuldar ötürmə verib və 5 sarı vərəqə alıb. "Transfermarkt" portalı onu 42 milyon avro dəyərində qiymətləndirir.