"Sabah" qapıçısı Nicat Mehbalıyevlə müqavilə müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Masazır təmsilçisinin 23 yaşlı qolkiperlə yeni müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. 

Qeyd edək ki, Nicat Mehbalıyev  2020-ci ildən "Sabah"da çıxış edir. Qolkiper Premyer Liqada ilk oyununu 2020-2021-ci illər mövsümündə "Sabah"ın heyətində keçirib. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest