"Mançester Yunayted"in yeni səhmdarı klub azarkeşlərinə müraciət edib.

Matc.az xəbər verir ki, bazar günü "Mançester Yunayted"  rəsmi olaraq 25% payın 1,25 milyard funt sterlinq dəyərində Cim Ratkliffə satışını təsdiqləyib. Britaniyalı iş adamı kluba 245 milyon funt-sterlinq sərmayə qoymağı planlaşdırır. Səhmdar açıqlamasında deyib: “İnanıram ki, klubun sahib olduğu şübhəsiz kommersiya uğuruna əlavə olaraq meydanda idman uğurları əldə edə bilərik. Bunun üçün vaxt və səbr, eyni zamanda ciddilik və ən yüksək səviyyəli peşəkar idarəetmə tələb olunur.Sizin “Mançester Yunayted”dən böyük gözləntiləriniz var, biz də. İdmanda heç bir zəmanət yoxdur və dəyişiklik istər-istəməz vaxt apara bilər. Lakin biz uzun müddət üçün bu işin içindəyik və birlikdə “Mançester Yunayted”i aid olduğu yerə - İngiltərə, Avropa və dünya futbolunun zirvəsinə qaytarmağa kömək etmək istəyirik. Mən bu öhdəlikləri çox ciddiyə alıram”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest