27 Dekabr 2023, 09:20
FUTBOL
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo qollarını sıralamaqda davam edir. Matc.az xəbər verir ki, portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı Pro Liqasının XVII turunda “Əl-İttihad”la oyunda dubla imza atıb.
Komandasının Ciddədəki qarşılaşmada 5:2 hesablı qələbəsinə iki penalti qolu ilə töhfə verən 38 yaşlı forvard 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib. Hazırda onun aktivində 53 top var. Ronaldo aktivində 52 qol olan Harri Keyn (“Bavariya”) və Kilian Mbappeni (PSJ) geridə qoyub.
“Mançester Siti”nin forvardı Erlinq Haland isə bu il 50 dəfə rəqib qapılarına yol tapıb.