27 Dekabr 2023, 09:43
FUTBOL
“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının XIX turunda doğma meydanında “Lyuton Taun”a məğlub olub – 2:3. Matc.az xəbər verir ki, komanda 2:1 hesabı ilə öndə olarkən dörd dəqiqə ərzində iki dəfə avtoqola üzülüb.
Müdafiəçi Cek Robinson 77-ci, yarımmüdafiəçi Anis Slimani isə 81-ci dəqiqədə topu öz qapısından keçirib. “Şeffild Yunayted” bununla Premyer Liqa tarixində 75-ci dəqiqədən sonra bir oyunda iki avtoqol vuran ilk komanda olub.
Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.