La Liqa qış “transfer pəncərəsi”ndə maliyyə tələblərini yüngülləşdirəcək. Matc.az xəbər verir ki, əvvəllər maaş limitini aşan klublar gəlirlərinin yalnız 25 faizini transferlərə xərcləyə bilirdilər.

Ötən mövsüm bu, 50 faizə qaldırılmışdı. Yeni ildən klublar gəlirlərinin 60%-ə qədərindən istifadə edə biləcəklər. Maaşı komandanın ümumi əməkhaqqısının 5%-dən çox olan oyunçunun satılması limitin 70 faizə yüksəlməsinə gətirib çıxaracaq.

Bu proses növbəti yay “transfer pəncərəsi”ndə də davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest